Bilinmir.
Sübut et
Hər günə bir şükür
Sonsuz dövr
Sistem
Həqiqət
Gizli adamlar
Məlumat mübadiləsi
Yaş
Gülüş günü
Çevrilmə
Təhlükəsizlik zəmanəti yanılğısı
Daha pis ola bilməz
Ertələmə
Sistem kölələri
Zəncirvari təsir üsulu
Keçid
Buqələmunlar
0 və 1
Ən yaxşı mənəm
Zəncirvari təsir üsulu
Müasir dövrdə müxtəlif sosial təsirlərdən, güclü media vasitələrindən, o cümlədən dövlətin birbaşa yönləndirmə siyasətindən yaxa qurtarmaq demək olarki mümkün deyil. Çünki güc və nəzarət sistemin əlindədir. O bizi daim olaraq istədiyi tərzdə yönləndirir, istədiyini həqiqət və yalan kimi qəbul etdirə bilir. Bu təsirlər xüsusilə informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə ötürülür. Musiqilərdəki səs tezlikləri, kliplərdə, filmlərdə hətta uşaq filmlərində verilən şüuraltı mesajlar bizi növbəti mərhələnin başlanğıcına hazırlaşdırır. Hadisələrin bir-birini əvəz eləməsi fonunda dünya sistemi öz nizamını ilanın qabıq dəyişməsi kimi vaxtı çatanda hökmən dəyişməlidir. Bu əslində təbii və sadə bir prosesdir. Lakin onu adi insanların qavraması və hazır olması çox çətindir. Bu səbəblə sistem daim olaraq yeni mərhələyə hazırlaşdırıcı tədbirlər görərək, bütün vasitələr ilə (media, mədəniyyət, təhsil, səhiyyə, siyasət) təsir edir. Bizlər bu təsirlərə məruz qalaraq sadəcə sistemin növbəti mərhələdəki tələblərini yerinə yetiririk. Bizim bu təsirlərdən qoruna bilməməyimiz səbəbi əvvəldən sona qədər heçvaxt dayanmayan sistem manipulyasiyasının bir hissəsi olmaqdır. Uşaqlıqdan məktəbdəki təhsil, çizgi filmlər, yön verən nağıllar, oyuncaqlar və s bizdə təməl təsir mexanizmi formalaşdırır. Yaş ötdükcə kodlanan arzular, üzərimizə qoyulan məsuliyyətlər, məhdudiyyətlər cədvəli, qanunlar, ehkam və doqmalar tam olaraq "yararlı" sistem nümayəndəsi olmaq yolunda böyük addımlardır. Ardınca təhsilin digər pillələri, o cümlədən müxtəlif iş imkanları ilə daha böyük sistematik məhv prosesi başlayır. 30 yaşlarına qədər ümid işığı ilə "matriks" adlandırdığı və özünündə kənar təsirlərin mövcudluğunu hiss elədiyi dövr davam edir. O bu təsirdən daim çıxış variantları axtarır və təxminən 30 yaşları bu sistemə tam olaraq təslim olma dövrüdür. Bundan sonra fiziki və ruhi olaraq insan sistemin maqnit sahəsi kimi fasiləsiz davam edən təsirlərini monotonlaşdıraraq sanki adi hala çevirir. Ev-iş dövrü xüsusilə kapitalizmin pik həddi olan indiki dönəmlərdə hərəkət-pul mexanizmini təbliğ edir. Artıq sistem daxilində pulun qazanılma yöntəmi müzakirə olunmur və sistem öz oyunçularına istənilən yöntəmlə pul qazanmağa icazə verir. Yalnız bir şərt var. Ona düşən payı vaxtında verməlisən. Bu dövrdə insan matriksin təsirlərini hiss edir, o pul sisteminidə təxminən başa düşür. Bəzi hallarda böyük məbləğlər üçün alternativ yöntənlərə yönəlməyə çalışır. Beləliklə ev-iş xətti qırılır. Hərəkət-Pul prinsipi işləməyə başlayır və möhtəşəm riyazi sistemlərlə işləyən, adi insan ağlının həll etməsinin qeyri mümkün olduğu "tapmacalar" meydana çıxır.

1) Qumar, futbol liqaları, beynəlxalq yarışlar. Pivə içmək, futbol izləmək və mərc etmək. İnsanları kainat həqiqətlərindən uzaqlaşdıran daha bir oyun.

2) Seks

3) Narkotik vasitələrin dövriyyəsi və istifadəsinə təşviqat.

4) Silah satışı

5) Kriminal qütbləşmə, fərqli cinayətlərin planlı olaraq hazırlanıb, icra edilməsi.

6) Kriptovalyuta və digər maliyyə alətləri ilə həyata keçirilən böyük oyun sistemi.

7) Kibercinayətlər

8) Manipulyasiya və mənəvi talama

© Ferman Azad,
книга «Absurd».
Коментарі