Bilinmir.
Sübut et
Hər günə bir şükür
Sonsuz dövr
Sistem
Həqiqət
Gizli adamlar
Məlumat mübadiləsi
Yaş
Gülüş günü
Çevrilmə
Təhlükəsizlik zəmanəti yanılğısı
Daha pis ola bilməz
Ertələmə
Sistem kölələri
Zəncirvari təsir üsulu
Keçid
Buqələmunlar
0 və 1
Ən yaxşı mənəm
Təhlükəsizlik zəmanəti yanılğısı
Dövlətlər, təşkilatlar daim gözoxşayan bəyanatlar isə sistemin tam qüsursuz işləməsini, təhlükəsizliyin ən üst səviyyədə qorunduğunu dilə gətirir. Əslində burda ilk baxışdan hiss olunmayacaq qədər xırda olan nüans varki, təhlükəsizliyin tam şəkildə təmin olunmağı, başqa sözlə sıfır risk (zero risk) anlayışı sadəcə təsəvvürdən ibarətdir. Sadəlövh yanaşma ilə biz inanırıqki, bizi əhatə edən mühitdə tam sərbəst və təhlükəsiz yaşama zəmanətinə sahibik. Əslində hadisələrin gedişatı göstərirki, ən güclü sistematik orqan belə müəyyən fövqəladə hallarda və yaxud ekstremal şəraitlərdə kifayət qədər zəif təsir bağışlayır. Sistemin çox güclü, qüsursuz işləməsi ilə bağlı yayılan (daha doğrusu, məqsədli şəkildə yayılan) fikirlər tamamilə cəfəngiyyatdır. Müxtəlif dövlətlərin yüksək təhlükəsizlik standartlarını sadəcə kağız üzərində yazması heçnə dünya miqyasında təhlükəsizlik halına töhfə vermir.

Bugün istənilən bir ölkə ərazisində xaotik şəkildə eyni vaxtda bir neçə alışmadığımız (öyrənmədiyimiz) hadisə baş versə nəticələri ağır olacaq, habelə bunun qarşısını almaq üçün effektiv tədbirin icrasını çox ləng görəcəyik. Burdakı əsas məsələ insanların maariflənməsi, düzgün psixoloji immunitetə malik olmasıdır. Bu iki amil olmadığı təqdirdə istənilən digər tədbirlər, milyardlıq maliyyə xərclənməsi, yüksək texnologiyalar, habelə çoxsaylı canlı qüvvə heç bir işə yaramayacaq.

© Ferman Azad,
книга «Absurd».
Daha pis ola bilməz
Коментарі