Tarixin hər mərhələsində güc zəhərlənməsi keçirmiş, özünü ən uca insan hesab edən məxluqlar mövcud olmuşdur. Onlar özlərini ən düzgün, ədalətdi qərarlar verən, möhtəşəm zəka sahibi hesab edirlər. Bu əslində təbii bir haldır. Çünki hələ ilk dönəmlərdən insan təbiət və heyvanlar aləmi üzərində hökmranlıq qurmağa çalışmış, idarəolunan yox idarəedən olmağa can atmışdır. Buda özlüyündü ona "şüurlu və ali varlıq" olması haqqında işarətlər vermişdir. Beləliklə ətraf mühit üzərində hökmranlığı artdıqca təkəbbür formalaşmağa başladı. Bu elə ibtidai icma quruluşundan mövcud olan birşeydir. Bu təkəbbürdən irəli gələn mən mərkəzli düşüncə ətraf mühitə qalib gələndən sonra daxilə yönələrək insanların öz aralarında da mübarizə halına girməsinə yol açdı. Beləliklə kin, hiylə və yüksək təkəbbürlülük nümunələri tarixin erkən səhifələrinə birdəfəlik yazıldı. Bəzi hallarda bu qısqanclıq, həsədlə paralellik daşıyan hisslərə çevrildi. Sonra ümumi bir anlayış meydana gəldiki, bu baxış insanı daxili aləmində digərlərindən həmişə daha güclü və haqlı görməsinə zəmin yaratdı. Beləliklə təkəbbürlülük bəşər tarixinin ən pis və ziyanlı bir xarakterik xüsusiyyətə, həm də psixoloji hala çevrildi. Müasir dövrümüzdəki bütün pisliklər, müharibələr, fitnələr əslində təkəbbürdən- daha güclü olmaq iddiasından yaranıb. Əgər hər kəs özünə bəs edəcək qədəri ilə kifayətlənsəydi bugünlər daha gözəl olardı. Təkəbbürlülüyün şüarı olan "ən yaxşı mənəm" isə həmişə daha çoxunun, həmişə daha yaxşısının ona xas olmasını istəyir və ən pisi bunun uğrunda digərlərinin haqqlarını, hisslərini görməzdən gəlir. Natamamlıq kompleksinin, narsistliyin ən üst səviyyədə görsəndiyi bu şüar heç vaxt yaxşılığa xidmət edə bilməz.