Bilinmir.
Sübut et
Hər günə bir şükür
Sonsuz dövr
Sistem
Həqiqət
Gizli adamlar
Məlumat mübadiləsi
Yaş
Gülüş günü
Çevrilmə
Təhlükəsizlik zəmanəti yanılğısı
Daha pis ola bilməz
Ertələmə
Sistem kölələri
Zəncirvari təsir üsulu
Keçid
Buqələmunlar
0 və 1
Ən yaxşı mənəm
Sistem kölələri

Sistemin öz tarazlığını qoruyub saxlaması üçün ən vacib məsələlərdən biri düşünən beyinləri daim məşğul vəziyyətdə saxlamaqdır. Ucsuz-bucaqsız kainat, planetar model, başqa bir planetdə yaşayış və s, kimi məsələlər haqqında düşünməklə ancaq bugün həyatda qalmaq üçün qida tələbətı barədə düşünmək arasında nə qədər fərqin olduğunu izah etməyə yəqinki ehtiyac yoxdur. Sistem böyük bir labirint missiyasıdı icra edir. Ondan kənara çıxmağa çalışanların hamısını cəzalandırır, çünki nə qədər çox insan kənara çıxa bilsə daxili tarazlıq o qədər çökərək pozulacaq. Sistem daim aldadıcı funksiyalar və hadisələr ilə düşünən beyinləri istiqamətləndirərək "zərərsizləşdirir". Siyasət, qumar, pornoqrafiya, narkotik vasitələr, inflyasiya, reklamlar, sosial şəbəkə və internet təbliğatı, cəmiyyətin qoyduğu qanunlar, tarixi əsərlər, beynəlxalq idman yarışlar, dünyaya yayılan xəstəliklər, dini cərəyanlar, "sistem kölələri" bu sistemin ən böyük xidmətçiləridir. Piramidanın ən aşağı və bəlkədə ən çox təsir edən təbəqəsi sistem kölələridir. Onlar daim bizi yönəldir, "ayılmaq" istəyənləri geri çəkir, hətta cəzalandırır. Sistem kölələridə ola bilsinki nəvaxtsa düşünən insanlar olublar, lakin onlar uduzublar və xidmətə razılıq veriblər. Dövlətlərin belə sistem daxilində sadəcə müəyyən obrazdan çıxış etdiyi və onun əmrlərindən kənara çıxa bilməyəcəyi yəqinki hamımıza aydındır.

© Ferman Azad,
книга «Absurd».
Zəncirvari təsir üsulu
Коментарі