Bilinmir.
Sübut et
Hər günə bir şükür
Sonsuz dövr
Sistem
Həqiqət
Gizli adamlar
Məlumat mübadiləsi
Yaş
Gülüş günü
Çevrilmə
Təhlükəsizlik zəmanəti yanılğısı
Daha pis ola bilməz
Ertələmə
Sistem kölələri
Zəncirvari təsir üsulu
Keçid
Buqələmunlar
0 və 1
Ən yaxşı mənəm
0 və 1

Yaşadığımız həyatı bəzən 0 və 1 dən ibarət kodlaşdırma sisteminə bənzədirəm. Bu sistemdə 0 sükunət, səbir və xəyal məhsulları kimi ifadə olunur. 1 isə hərəkət, nizam-intizam, daim cəhd etmək və motivasiya kimi ifadə olunur. Əgər həyatımızda uğur düsturu axtarırıqsa bu sıfırlarla birlər arasında mümkün qədər say bərabərliyi yaratmalıyıq. Əks halda sıfır çoxluğu olan kodlarda biz yalnız sükunət halında olmağı, xəyallara dalmağı arzulayacaq, səbirlə nələrinsə mütləq öz-özünə düzələcəyini fikirləşib "xilasedici" obrazın həyatımıza girişini gözləyəcəyik. Birlər çoxluq halında olduqda isə daha çox hərəkət və zəhmətlə ən yaxşı uğurların əldə olunacağını fikirləşərək, dövrün və olduğumuz məkanın məntiqi qiymətləndirilməsini etməyərək çox çalışanın çox qazanacağı zənninə qapılaraq özümüzü hədsiz yorğun salarıq. Və gördüyümüz hər işdə daha yaxşı nəticə əldə etmək üçün perfektsionist yanaşma sərgiləyərək psixoloji dalana girə bilərik. Nizam-intizam insan sağlamlığına zidd şəkildə çox yüksək səviyyəyə qaldırıldıqda, istirahət haqqını belə özümüzə vermədikdə bu intizam sadəcə mexaniki fəaliyyətə çevrilər və beləliklə sonluqda heçbir fayda, nəticə verməz. Məcburi nizam əslində özü ilə birlikdə ruh düşkünlüyü və robotlaşma yaratdığı üçün motivasiya, istək kimi anlayışlarda özlüyündə yoxa çıxmış olar. Sıfırla birlərin mümkün qədər bərabərləşməsi buna görə lazımdırki insan nə 0 halında tam sükunətlə onu xilas edəcək qüvvəni gözləmir, nədə 1 halında özünü loru dildə desək dağa-daşa salmır. Nə 0 halında bütün istəklərini xəyala çevirib beynində canlandırmır, nə də 1 halında psixoloji travma yaradacaq şəkildə birşeyə mütləq olmalıdı gözüylə baxmamalıdır.

Nə 0 halında tam hərəkətsiz, fiziki iş və məşğuliyyətdən uzaq, sosial mühitlərdə introvert, ümumilikdə sosiallaşmayan və depressiya halında insan obrazında olmamalı, nə də 1 halında həddindən artıq geniş sosial mühitlər, dostluqlar qurmamalı, əxlaqi və insani dəyərləri keçəcək qədər ünsiyyətcil (boşboğazlıq) etməməli, fiziki aktivliyi sağlamlığa mənfi təsirli həddə çatdırmamalı və ümumilikdə ətraf mühiti ilə bağlı daim qiymətləndirmə aparmalı (piramida), özünün hərşeyi bacara bilməyəcəyini dərk etməlidir, təkəbbür və riyakarlıq səviyyələrinə çatmamalıdır.

0 və 1 buna görə insan həyatının gedişi üçün vacib kodlardır, bu kodları yazarkən diqqətli olmalı, səhvlərin normal komputerlərdəki kimi asanlıqla düzəldilə bilməyəcəyimizi anlamalı və insan kimi mexanikalardan əlavə olaraq məsuliyyət və əxlaqi normalara sahib olduğumuzu dərk etməliyik, təbiiki bunlara riayət etmək daha vacib məsələdir. 0 və 1 düzgün qiymətləndirildikdə 0,1 və ya 10 olmasını sadəcə kiçik fərqlər yaradacaq, önəmli olan sizin mümkün tarazlığı formalaşdırmağınızdır.

© Ferman Azad,
книга «Absurd».
Коментарі