İllər keçdikcə ətrafımdakı insanlara baxıb dəhşətə gəlirəm. Onların əksəriyyəti ildən-ilə necə mənfiyə doğru dəyişirlər? Necədə uduzurlar dünyanın başqarışdıcı oyunlarına. Mən illərdi öz düşüncə , ideyalarıma sadiq qaldım, satmadım amma satıldım. İllər əvvəl nəyi deyirdimsə və nəyi müdafiə edirdimsə indidə eyni fikirdəyəm. Amma bu insanlar bəziləri pul, bəziləri ad-san, bəziləri romantika, bəziləri dərk etmədiyim səbəblərdən çox dəyişiblər. Onlar müxtəlif fürsətlər əldə etmək üçün dəridən qabıqdan çıxırlar. Olduqları hər mühitin qayda-qanunlarını anındaca mənimsəyib riayət eləməyə hətta onu doğru kimi təbliğ etməyə cəhd edirlər. Bu tip insanları hər səthə uyğun rəngini dəyişdirən buqələmuna oxşadıram. Buqələmunlar müdafiə və ovlanma gərəyi bu bacarığından məharətlə istifadə edir. Bəs insanlar?
Bəlkədə bu amansız mübarizələrlə dolu dünyada sağ qalmaq üçün insanlarda buqələmuntək rəng, tərəf dəyişməyə hətta bəzən tüfürülən üzünü digəri ilə əvəz etməyə məcburdu. Amma mən bunu bir bəhanə kimi qəbul etmirəm. Hamı buqələmun ola bilməz, necəki hamı ləyaqətli həyat sürə bilmir. Onlar sonsuzadək ikiayaqlı buqələmun olaraq qalacaqlar.