Bilinmir.
Sübut et
Hər günə bir şükür
Sonsuz dövr
Sistem
Həqiqət
Gizli adamlar
Məlumat mübadiləsi
Yaş
Gülüş günü
Çevrilmə
Təhlükəsizlik zəmanəti yanılğısı
Daha pis ola bilməz
Ertələmə
Sistem kölələri
Zəncirvari təsir üsulu
Keçid
Buqələmunlar
0 və 1
Ən yaxşı mənəm
Daha pis ola bilməz

Biz daim həyatın pis gedişatından şikayətlənir və fikirləşirikki bundan daha pisi ola bilməz. Daha pis, daha çətin situasiya yarana bilməz. Elə bu andaca başımıza daha pis, daha çətin sınaqlar gəlir. Hansıki bu sınaqları da keçməyə məcbur oluruq. Beləliklə düşünürük ki daha pisi var, mövcuddur. Sadəcə daha pisi ola bilməz düşüncəsi bizi növbəti daha pis situasiyaya hazırlamaq üçün bir söz oyunudur. Bu söz özlüyündə böyük bir qüvvə və mənanı ehtiva edir. Çünki biz bu sözü deməklə əslində ümidsizliyə qapıldığımızı etiraf edirik və bir növ daha pisinin olması üçün çağırış edirik. Beləki əgər düşünsəkki bizim başımıza gələnlər sadəcə yaşadığımız ətrafından, həyatımızın daxili və xarici faktorlarından asılıdır o zaman anlayarıqki bu heç ən pis hal deyil. Bu sözü deməyin özü belə böyük bir inamsızlıq və məğlubiyyətin nişanəsidir. Bu işarə kainat oyununda ağ bayraq deməkdir. Və nə qədərki belə fikirləşməyə davam edəcəyik, o zaman daha çətin vəziyyətlər ilə üzləşməyə məcbur olacağıq. Buna görədə özümüzü yaxşı kökləyib, daha pisidə ola bilərdi, amma olmadı deməliyik. Hələki hərşey yaxşıdı, bu sınaqdan da çıxacam demək özü artıq qələbəyə ilk addımdır. Daha pisi ola bilməz yerinə dahada pisi ola bilərdi demək əslində hal hazırki vəziyyətimizi yüngülləşdirir, onu müqayisə edərək zəiflədir və beləliklə onun öhdəsindən gəlməyimizi asanlaşdırır. Ona görədə həyatda hər vəziyyətin, situasiyanın daha pisi var. Daha pisi ola bilməz deməyin.

© Ferman Azad,
книга «Absurd».
Коментарі